“Bizim siyasi əməkdaşlığımız çox yüksək səviyyədədir”
GÜNDƏM“Biz Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə həm Rusiyada, həm də Azərbaycanda tez-tez görüşürük. Ona görə də bizim ünsiyyətimiz, görüşlərimiz qarşılıqlı fəaliyyətimizin inkişafına (iki dövlət arasında - red.) çox müsbət təkan verir. Və bizim qarşılıqlı siyasi fəaliyyətimiz çox yüksək səviyyədədir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev “Hakimiyyət formulu” proqramında tanınmış rusiyalı jurnalist Mixail Qusmanın Rusiya lideri ilə münasibətlərin hazırkı səviyyəsi ilə bağlı sualını cavablandırarkən deyib.
İlham Əliyev humanitar forumların, xüsusilə Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə Bakıda keçirilən mədəniyyətlərarası dialoq forumunun əhəmiyyətini qeyd edib. Prezident vurğulayıb ki, pandemiya şəraitində bu forumların bundan sonra da keçirilməsi imkanları məhduddur: “Lakin əsas odur ki, əməkdaşlığın məzmunu və müsbət təcrübəsi qorunsun. Azərbaycanla Rusiya arasında humanitar sahədə əməkdaşlıq belə münasibətlərə nümunədir. Rusiya Azərbaycanda rus dilində tədris olunan 330-dan çox məktəbin, eləcə də ölkədə Rusiyanın aparıcı ali məktəblərinin filiallarının olmasını yüksək qiymətləndirir. Biz daimi əlaqə saxlayırıq və yaxın dost və tərəfdaş kimi işləyirik”.
Maraqlana bilərsizr