© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

BMT Baş Assambleyasının sədri Azərbaycan liderinə təşəkkür edib

BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

"Report"un xəbərinə görə, o, təşəkkürünü iyunun 13-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə çatdırıb.

A.Şahid Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib və BMT üzvlüyünün 30 illiyi münasibətilə təbriklərini səsləndirib. BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. O, çoxtərəflilik üzrə liderliyinə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü ifadə edib.

A.Şahid Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib. O, Azərbaycanda, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində milli səviyyədə görülən işləri təqdir edib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR