© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Boliviyada hərbi təyyarə qəzası nəticəsində 6 nəfər həlak oldu

Boliviyada Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Report xəbər verir ki, bu barədə yerli “Pagina Siete” qəzeti bildirib.

 

Qeyd edilir ki, Beni departamentində qəzaya uğrayan təyyarə Santa-Krus şəhərinə doğru uçurmuş. Hadisə zamanı təyyarədə altı nəfər - İspaniyadan iki pilot və dörd sərnişin olub. 

Boliviyanın Müdafiə Nazirliyi özünün “facebook” səhifəsində bildirib ki, nazir Luis Fernando Lopes vəzifələrinin icrası zamanı həlak olan pilotların ailələrinə başsağlığı verib. 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR