Bostonda soydaşlarımız Ermənistanın işğalçı hərəkətləri ilə bağlı plakatlar yayıblar
DİASPORDiasporla İş üzrə Dövlət Komitəsindən DAİM.AZ verilən məlumata görə, aksiya ABŞ-ın Boston şəhərində həyata keçirilib. Massaçusets ştatında yaşayan soydaşımız Həmid Rəhimlinin təşəbbüsü ilə şəhərin müxtəlif mərkəzi küçələrində 200-ə qədər plakatlar yerləşdirilib. Bu plakatlarda Ermənistanın baş nazirinin Dağlıq Qarabağdakı qondarma rejimin başçısı ilə birlikdə Azərbaycanın mülki əhalisinin, o cümlədən körpə uşaqların qatili olduqlarını sübut edən şəkillər, "Ermənistanı dayandırın!", "Ermənistanın təcavüzünə son qoyulsun!" və s. şüarlar əks olunub.
Maraqlana bilərsizr