“Britaniya ştammı”nın əsas xüsusiyyəti məlum oldu
DÜNYAİsveç və Hindistan alimləri koronavirusun “Britaniya ştammı”nın xarakterini izah ediblər.
Tədqiqat “bioRxiv”də yayımlanıb.
SARS-CoV-2 koronavirusunun “Britaniya ştammı” çinli sələfindən 29 mutasiya ilə fərqlənir və ondan dəfələrlə sürətlə mutasiyaya uğrayır.
“Britaniya ştammı”nın müəyyən edilmiş xüsusiyyətlərindən bir çoxu hüceyrələrdəki reseptorlarla daha asan bağlanma qabiliyyəti ilə əlaqələndirilir.
Alimlərin fikrincə, o, artıq istifadəyə verilmiş peyvəndlərin təsirindən yayınma qabiliyyətinin mümkünlüyünə görə daha təhlükəli ola bilər.
"Britaniya ştammı"nın klassik variantdan təxmini ötürülmə dərəcəsi 70 faiz, reproduksiya sayı isə 0,4-dən daha çoxdur.
Koronavirusun bu növü anticismlərlə neytrallaşdırmaqdan qaça və peyvəndlərin təsirini azalda bilər.
Eyni zamanda, “Britaniya ştammı” çox sayda mutasiyaya görə daha zəif olmalıdır və xəstələr onu daha yüngül keçirməlidirlər.
Maraqlana bilərsizr