Britaniyada bir gündə 600-dən çox insan COVID-19-dan öldü
GÜNDƏMSon bir gün ərzində Böyük Britaniyada koronavirusa yoluxanların sayı 6 min nəfər artıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, son sutkada 621 nəfər pandemiyanın qurbanı olub.
Bununla da Britaniyada koronavirusa yoluxanların sayı 47 806 nəfərə çatıb.
"Nazirliyin 5 aprel saat 9:00-a (Bakı vaxtı ilə saat 12:00) məlumatına görə, 5 apreldə 195 524 insan koronavirus testindən keçirilib. Onların 47 806 nəfərində diaqnoz təsdiqlənib. Aprelin 4-ə olan məlumata görə, xəstəxanaya yerləşdirilən 4 934 nəfər ölüb”, - nazirliyin xəbərində deyilir.
Maraqlana bilərsizr