© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Bu gün "Neftçi" və "Keşlə" komandaları arasında yoxlama oyunu keçirilib.

DAİM.AZ-ın məlumatına görə, "Bakcell Arena"da baş tutan görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab 10-cu dəqiqədə açılıb.
 
"Ağ-qaralar"ın kapitanı Emin Mahmudov cərimə meydançasında özünə qarşı kobudluqdan sonra təyin olunmuş penaltini dəqiq yerinə yetirib. 28 yaşlı yarımmüdafiəçi cəmi iki dəqiqə sonra hesab arasındakı fərqi artırıb. İlk hissədə başqa qol olmayıb və komandalar fasiləyə bu hesabla yollanıblar.
 
İkinci hissəyə "Keşlə" daha yaxşı başlayıb. Bunun məntiqi nəticəsi kimi qonaqlar 65-ci dəqiqədə hesab arasındakı fərqi azaldıblar. Fasilədən sonra meydana daxil olan Aleksandr Kristovao fərqlənib. Oyunda son nöqtəni də "Neftçi" qoyub. Rəhman Hacıyev əsas vaxta əlavə olunmuş üçüncü dəqiqədə hesabı 3:1 edib. Beləliklə, "Neftçi" koronavirus pandemiyası ilə bağlı karantin dövründə keçirdiyi ilk oyunda qələbə qazanıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR