© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Bu gün Türkiyədə daha 23 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 1 192 nəfər koronavirusa yoluxub.

DAİM.AZ xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 950 nəfərə çatıb.

Son bir gündə Türkiyədə koronavirusa daha 1 192 yoluxma qeydə alınıb. Hazırda koronavirus xəstələrinin ümumi sayı 187 685 nəfərdir.

Nazir bildirib ki, son sutkada 1 412 koronavirus xəstəsi sağalıb. Beləliklə, ölkədə koronavirusdan sağalanların ümumi sayı 160 240 nəfərə çatıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR