Bu il təqdim edilən vakant müəllim yerlərinin sayı ötən ildəkindən çoxdur
GÜNDƏMMüəllimlərin işə qəbulu müsabiqəsi üçün bu il təqdim edilən vakant yerlərin sayı ötən ildəkindən çoxdur.
DAİM.AZ-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bu il 8322 vakant yer təqdim edilib ki, bu da ötən il təqdim edilən yerlərdən 1014 yer və ya 14 faiz çoxdur. Amma ixtisaslar üzrə təqdim edilən yerlərin sayı dəyişib. Bəzi ixtisaslarda vakant yerlərin sayı azalıb, bəzilərində sabit qalıb. Artan ixtisaslar əsasən, kimya, ingilis dili, riyaziyyat, təsviri incəsənət, rus dili, musiqi, texnologiya və fiziki tərbiyə ixtisaslarıdır. Yerlərin sayı azalan ixtisaslar ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, fizikadır. İnformatika, tarix coğrafiya, biologiya, fransız dili üzrə eyni sayda vakant yer təqdim edilib.
E.Əmrullayev qeyd edib ki, Bakı, Gəncə, Sabirabad, Laçın, Saatlı, Gədəbəy, İmişli və s. ərazilərdə vakanat yerlərin sayı azalıb. Quba, Beyləqan, Yardımlıda isə yerlərin sayı artıb.
Maraqlana bilərsizr