Buzlaqların əriməsi sirlərin üstünü açır - Foto
MARAQLI FAKTLARYürüş zamanı təsadüf nəticəsində Alp dağlarının ərimiş buzlaqları altından sirli artefaktlar aşkar edilib.
Reyting.az-ın məlumatına görə, İsveçrə ərazisində, Alp dağının ətəklərinə qalxan alpinist və yürüş iştirakçıları qədim insanların bu dağlarda inək, ulaq, xizək və silahla, eləcə də şərab yükü ilə gəzdikləri dövrlərə aid tarixi çox qədim olan obyektlər tapıblar.
"İnvolta.media" nəşri yazır ki, zamanında itirilənlər, indi buzlaqların əriməsi sayəsində yenidən üzə çıxmağa başlayıb.
İsveçrə alimlərinin və uzun müddətdir ki, bu problemlərlə bağlı geniş araşdırmalar aparan İsveçrənin Elmlər Akademiyasının məlumatında bildirilir ki, 2033-cü illərə qədər bu ölkədəki buzlaqların 10 faizi yoxa çıxacaq və nəticədə daha yeni abidələr, qədim artefaktlar üzə çıxacaq.
Xatırlanır ki, az öncə bir yerli alpinist buz üzərində qədim heykəl aşkar edib və bu qiymətli fiquru otağının divarından antik əşya kimi asıb saxlamaq qərarına gəlib. Lakin bunu eşidən muzey işçiləri tapıntı ilə maraqlanandan sonra o, qədim heykəli muzeyə bağışlayıb. Tədqiqatçıların araşdırmaları nəticəsində məlum olub ki, həmin antik heykəl 1000 il əvvəl hazırlanıb. Artıq arxeoloqlar Sion şəhərindəki artefaktları öyrənərək onları sərgilərə göndərirlər. Sion muzeyinin etibarlı zirzəmisində isə buz tapıntılarını saxlamaq üçün xüsusi dondurucu var ki, alimlər bu tapıntıların bəzən çətin olsa da, tarixin öyrənilməsinə kömək etdiyini deyirlər.
Arxeoloqlar buz üzərindəki belə tarixi və sirli obyektlər haqqında daha çox bilmək istəyirlər, çünki onların bir çoxu bu günə qədər elm adamları üçün sirr olaraq qalır, digərləri isə qədim həyata dair müəyyən tarixi informasiyalar verməklə ipuclarını ortaya qoyur. Tapılmış bəzi əşyalar qədim Roma dövrünə aiddir, bu isə o dövrlərdə buzlaq ərazilərdə, dağlarda gəzmək üçün çubuqlardan istifadə edildiyini göstərir.
İsveçrəli alimlər hazırda bu muzeydə saxlanılan və son dövrlərdə tapılmış yeni eksponatları çox böyük diqqətlə öyrənir.
Arxeoloqlar həmçinin turistlərə, eləcə də dağ həvəskarlarına elm adamlarına yeni kəşflərə kömək edəcək yardımçı "IceWatcher" adlı proqram hazırlayıblar.
Bununla belə, buzlaqların əriməsi köhnə virusların və bakteriyaların aşkarlanması da daxil olmaqla, təhlükəli risklər yaradır. Bu yaxınlarda Tibet ərazisində, həmçinin Arktikada arxeoloqlar buzların arasında minlərlə il yaşamış virusları aşkar ediblər.
Alimlərin fikrincə, bu faktlar bir daha aşkar edilən qədim artefaktlarla diqqətli olmağın vacibliyini vurğulayır.
Oqtay QORÇU
Maraqlana bilərsizr