Çavuşoğlu Türkiyənin Qazaxıstanı dəstəkləyəcəyini bildirib
DÜNYABəzi dairələr Türkiyəni Qazaxıstanda etirazların ilk günlərində Türk Dövlətləri Təşkilatının toplantısını təşkil etmədiyinə görə qınayır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Bu barədə “Anadolu” xəbər verir.
“Biz bunu anlayışla qarşıladıq. Qazaxıstanın təklifi ilə çərşənbə axşamı səhər görüş keçirəcəyik”, - deyə türkiyəli nazir bildirib.
Çavuşoğlu qeyd edib ki, təşkilatın tamhüquqlu üzvü olan Qazaxıstanın iştirakı olmadan toplantı təşkil etmək və ya hər hansı qərar qəbul etmək düzgün deyil:
“İstəyimiz tezliklə Qazaxıstanın sabitliyə, dincliyə və barışa qovuşmasıdır. Bunun üçün Türkiyə olaraq, Türk Dövlətləri Təşkilatı olaraq hər cür dəstəyi verəcəyik. Digər üzv ölkələrin də, yəni bütün Türk dünyasının dərdi bizim də dərdimizdir. Bunu bütün dünya Qarabağ zəfərində gördü."
Maraqlana bilərsizr