© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Çavuşoğlu və Lavrov Ermənistanın təxribatını müzakirə etdi

Türkiyənin Xarici İşlər naziri  Mövlud Çavuşoğlu rusiyalı həmkarı Serqey Lavrovla telefon danışıqları aparıb.

Bu barədə “Hürriyet” xəbər yayıb.

 

Danışıqlar zamanı Ermənistanın Azərbaycanın cəbhə boyu təxribatlarına toxunulduğu bildirilir. 

 

Xatırladaq ki, sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutublar.

 

Bundan əvvəl, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın sosial media hesabında açıqlama yayıb.

 

“Ermənistanın Azərbaycana qarşı hücumunu şiddətlə qınayırıq. Bu hücumların qarşısında Türkiyə Azərbaycanın yanındadır”, - o deyib.

 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR