© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Cənubi Koreya da Rusiyaya qarşı sanksiyalara qoşulub

Cənubi Koreya prezidenti Mun Ce-İn cümə axşamı bildirib ki, Seul Rusiyaya qarşı Ukraynaya hücumu ilə əlaqədar iqtisadi sanksiyalar tətbiq etməkdə digər ölkələrə qoşulacaq. Bu barədə dövlət başçısının mətbuat katibi bildirib.

Milli Təhlükəsizlik Şurasının Seulda keçirilən iclasında Mun Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməli olduğunu bildirib. "Günahsız həyatlara zərər verən hərbi gücdən istifadə heç bir şəkildə əsaslandırıla bilməz", - Mun bildirib.

O qeyd edib ki, Cənubi Koreya iqtisadi sanksiyalara qoşulmaqla beynəlxalq ictimaiyyətin silahlı təcavüzün qarşısını almaq və sülh üsulları ilə həll yolu tapmaq, səylərini dəstəkləyəcək.

Pak sanksiyaların nədən ibarət olduğunu açıqlamayıb. (Reuters)

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR