Əcnəbi gənclər Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdiriblər
GÜNDƏMİyulun 12-də Ermənistan silahlı bplmələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində tərətdiyi hərbi təxribata etiraz əlaməti olaraq, Gənclər və İdman Nazirliyi (AGİN) və Xarici İşlər Nazirliyi (XİN) tərəfindən xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsi keçirilib.
AGİN-in Mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, müsabiqənin qalibləri “Qarabağ Azərbaycandır!” deyərək ölkəmizə öz dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, 2011-ci ildən başlayaraq keçirilən müsabiqələrin əsas məqsədi Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycanın milli-mədəni və tarixi irsini xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqaçtıların Azərbaycanı yaxından öyrənərək, elmi-tədqiqat fəaliyyətlərini müəyyən etmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatları artırmaqdır.
Maraqlana bilərsizr