© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Daha 367 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə DAİM.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 10 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib, 4 463 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 5 052 koronavirus testi aparılıb.

Hazırkı dövrədək ölkəmizdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 386 898 test aparılıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR