Deputat: “Nazirlər Kabineti ləğv edilməli, nazirliklər birləşdirilməli, vitse-prezidentlər təyin olunmaldır”
MÜSAHİBƏ“Gömrük Komitəsində və digər qurumlarda yerdəyişmələri yüksək qiymətləndirirəm. Mən bir neçə dəfə demişəm, Azərbaycanda çox ciddi islahatlara ehtiyac var. Ümumiyyətlə, bu istiqamətdə daha çox iş görülməlidir. Hətta Konstitusiya dəyişikliyinə qədər...”.
Bunu Reyting.az-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
V. Əhmədov bildirib ki, Nazirlər Kabineti struktur kimi sovet vaxtından qalmadır:
“Bizdə bir tərəfdən vitse-prezidentlik instututu var, digər tərəfdən də Nazirlər Kabineti. Mən hesab edirəm ki, Nazirlər Kabineti ləğv edilməli, vitse-prezidentlik institutu inkişaf etdirilməli, bir neçə vitse-prezident təyin olunmalıdır”.
Deputat bir sıra nazirliklərin birləşdirilməsini və çevik bir strukturun yaradılmasını da təklif edir.
Onun sözlərinə görə, artıq icra hakimiyyəti strukturları özünü doğrultmir: “Bəzən bu sahədə çox ciddi problemlər yaranır. Xüsusilə, regionlarda. Cənab prezident Qarabağ bölgəsində xüsusi nümayəndə təyin etdi, iqtisadi rayonlar qurdu. Açığı, çox yaxşı işləyirlər. Hazırda bizdə 14 iqtisadi rayon var. Məncə, bu istiqaməti inkişaf etdirməli, dövlət başçımız da öz nümayəndələrini təyin etməlidir. Həmçinin bələdiyyələrə də müəyyən status vermək lazımdır ki, insanların sosial problemlərini həll etsinlər, yollar çəksinlər, bağça, məktəb tiksinlər və digər işlərlə məşğul olsunlar. Yəni əhalinin sosial vəziyyətinin həllində aktiv iştirak etsinlər”.
V. Əhmədovun qənaətincə, vergilərə də yenidən baxmaq və yerli vergilərin müəyyən hissəsini bələdiyyələrdə saxlamaq mümkündür. “Yəni bizdə belə islahatlara ciddi ehtiyac var. Hesab edirəm ki, əvvəl-axır buna gediləcək”,- V. Əhmədov əlavə edib.
Maraqlana bilərsizr