Diaspor fəalı Əlcəzair telekanalının qonağı olub
DİASPORƏlcəzairin “Canal Algerie” telekanalının “Yay mehi” adlı verilişinin qonağı bu ölkədəki Azərbaycan diasporunun fəal üzvü Xumar Nəbiyeva olub.
Verilişdə X.Nəbiyeva özü və fəaliyyəti haqqında ətraflı məlumat verib, Azərbaycanın tanıdılması istiqamətində Əlcəzairdə gördüyü işlərdən danışıb. Kiçik yaşlarından rəssamlıqla məşğul olduğunu deyən diaspor fəalı 2015-ci ildən bu ölkədə keçirilən sərgilərə qatıldığını, 2017-ci ildə Əlcəzairdə keçirilən moda nümayişində 10 paltarla Azərbaycanı təmsil etdiyini vurğulayıb.
Xumar Nəbiyeva 3 xanımdan ibarət Azərbaycan milli rəqslərini ifa edən qrup yaratdığını və gələcəkdə həmin qrupun tərkibini genişləndirmək arzusunda olduğunu bildirib.
Qeyd edək ki, Xumar Nəbiyevanın müsahibəsinə aşağıdakı linkdə 34-cü dəqiqədən sonra baxa bilərsiniz:
Maraqlana bilərsizr