© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Ədliyyə Nazirliyi:Koronavirusa yoluxan məhbusların hamısı sağalı

Penitensiar müəssisələrində koronavirusa yoluxan məhbuslar arasında ağırlaşma yoxdur və hamısı sağalıb.

Bunu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov deyib.

O bildirib ki, koronavirusa ilk yoluxma halı şəhər xəstəxanasından çıxarılan məhkumda rast gəlinib: Təmas halı orda baş verib. Bundan sonra bütün təmasların nəzarətdə saxlanılmasına başlanılıb”.

İ.Qurbanovun sözlərinə görə, məhbuslar arasında tək-tək yoluxma halı var:

"Koronavirusa yoluxma halı aşkarlandıqda dərhal karantin təmin olunur və həmin şəxsin müalicəsi və müayinəsi tətbiq olunur. Bugünkü günə qədər koronavirus yoluxmuş məhkumlar arasında vəziyyəti ağırlaşmış məhbus olmayıb, hamısı sağalıb. Səhhətində problem olan məhbusların nəzərdə tutulmuş müddətə uyğun olaraq müalicəsi davam edir və yalnız tam sağaldıqdan sonra cəza çəkdikləri müəssisəyə qaytarılırlar”.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR