© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

DTX-də Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.

Bu barədə DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmçinin oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Əli Nağıyev geniş nitqlə çıxış edərək Heydər Əliyevin həyat yoluna nəzər salıb, Ulu Öndərin ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətinin bu orqanların tarixində mühüm bir mərhələ kimi qiymətləndirildiyini vurğulayıb, onun əvəzsiz səyləri ilə təhlükəsizlik təşkilatının azərbaycançılıq ideologiyası əsasında formalaşmasından, xilaskarlıq missiyasını üzərinə götürərək dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında misilsiz xidmətlərindən ətraflı bəhs edib. Əli Nağıyev bildirib ki, bugünkü təhlükəsizlik orqanlarının fəaliyyətinin əsasını Heydər Əliyevin bu təsisatda təməlini qoyduğu peşəkarlıq məktəbi və vətənpərvərlik irsi təşkil edir və DTX-nin əməkdaşları bu məktəbin davamçıları olaraq təhlükəsizlik orqanlarında Heydər Əliyev ənənələrinin yaşadılması və inkişaf etdirilməsi naminə əzmlə çalışırlar.

Xidmət rəisi Ulu Öndərin siyasi varisi Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xüsusi xidmət orqanlarının hazırda öz fəaliyyətini uğurla həyata keçirdiyini diqqətə çatdırıb.

Rəsmi hissə başa çatdıqdan sonra tədbir bədii hissə ilə - DTX-nin Mədəniyyət mərkəzində tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirilib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR