© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Dünya Azərbaycanlıları Dövlət Komitəsinə təbrik məktubu ünvanlayıblar

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 22 il ötür. Bu əlamətdar tarix münasibətilə Dövlət Komitəsinə xaricdəki Azərbaycan icmalarından, diaspor təşkilatlarından çox saylı təbrik məktubları daxil olub.

Təbrik məktublarında Komitənin yaradılmasının Azərbaycan dövlətinin diaspor quruculuğu işinə göstərdiyi diqqət və qayğının təzahürü olduğu vurğulanıb. Soydaşlarımız qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlıları arasında milli birliyin möhkəmləndirilməsinə, təşkilatlanmaya böyük töhfə verən bu ideyası uğurla həyata keçirilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlib.

Məktublarda diaspor fəaliyyətinin daha da inkişafı üçün dövlətimizin gördüyü işlər təqdir olunub.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR