Dünya və Avropa çempionumuz qitə birinciliyində mübarizəyə başlayır
İDMANRusiyanın paytaxtı Moskvada aprelin 3-dən başlayan ağırlıqqaldırma üzrə Avropa çempionatına bu gün azərbaycan idmançıları da qatılacaq.
Bolqarıstan əsilli idmançımız Boyanka Kostova (-59 kq) yarışda mübarizəyə qoşulur.
O, bu gün A qrupunda saat 17:53-dən etibarən yarışa başlayacaq. Dünya və üçqat Avropa çempionumuzun rəqibləri İne Anderson (Norveç), Dora Tşakunte (Fransa), Aleksandra Kozlova, Olqa Te (hər ikisi Rusiya), Zoe Smit (Böyük Britaniya), Konstantina Benteli (Yunanıstan), Saara Retulaynen (Finlandiya) və Mariya Qanqur (Ukrayna) olacaq. 27 yaşlı Boyanka Kostova bu qrupda ən təcrübəli idmançı sayılır.
Qeyd edək ki, Olimpiadaya lisenziya xalları verən bu yarışda aprelin 10-da daha iki idmançımız mübarizə aparacaq. Bunlar Əliş Nəzərov və Dadaş Dadaşbəylidir (hər ikisi -102 kq). Yarışa aprelin 11-də yekun vurulacaq.
Onu da bildirək ki, bu, koronavirus pandemiyası başlayandan bəri Azərbaycan atletlərinin iştirak etdiyi ilk yarışdır.
Maraqlana bilərsizr