Dünyada ilk dəfə Sumqayıt stadionunda "Meksika dalğası" şəklində fəvvarə kompleksi ucaldılacaq (FOTO)
İDMANDünya stadion tikililərində ilk dəfə olaraq Sumqayıt stadionunun qarşısında nerj materialdan hazırlanmış iki futbolçunun mücadilə formatlı heykəli-hərəkətli fəvvarə kompleksi ucaldılacaq.
Bunu Trend-ə stadionun yeni dizayn tərtibat layihəsinin memarı Cahid Həsənov deyib.
Onun sözlərinə görə, bu heykəlin ətrafında hərəkətli fəvvarə inşa olunacaq. Bu fəvvarələr dünya futbolunda məhşur "Meksika dalğası" (yəni azərkeşlərin çiyin-çiyinə verərək yaratdığı dalğa) rolunu oynayacaq.
C.Həsənov əlavə edib ki, dünya stadion tikililərində bir yenilik olan Sumqayıt stadionunun yeni dizaynı modern üslubda olmaqla şəhər memarlığına böyük töhvə verəcək:
“Stadionun ərazisində müxtəlif idman istiqamətləri üzrə 6 heykəl-konstruksiya da quraşdırılacaq. Bu da stadionun təkcə futbol oyunlarının deyil, müxtəlif idman yarışlarının keçiriləcəyi bir məkan olacağına işarədir”.
C.Həsənov artıq yeni stadionun tikintisi üçün betontökmə işlərinə başlanıldığını, stadionun gələn il ərzində təhsil veriləcəyini də açıqlayıb.
Maraqlana bilərsizr