© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 120 minə yaxın artıb.

Dünyada koronavirusa yoluxanların sayı 6,5 milyon nəfəri ötüb

DAİM.AZ "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 5-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 118 526 nəfər yeni koronavirusa yoluxub, 4 288 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 6 535 354, ölənlərin isə 387 155 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 084 517 yoluxma və 172 276 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 230 706, ölənlərin sayı isə 182 165 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 587 030 yoluxma və 13 720 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə statistikaya əsasən ən çox yoluxma halları ABŞ-da (1 837 803), Braziliyada (584 016), Rusiyada (449 834), Böyük Britaniyada (281 665), İspaniyada (240 660), İtaliyada (234 013), Hindistanda (226 770), Almaniyada (183 271), Peruda (178 914) və Türkiyədə (167 470) qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR