Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
GÜNDƏMTürkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələdə dağıntılar altında qalan 61 yaşlı Salman Aydemir təbii fəlakətdən 47 saat sonra xilas edilib. Onun axtarış-xilasetmə işlərinə oğlu Osman da öz ekskavatoru ilə qatılmışdı.
Məlumata görə, Osman səkkizmərtəbəli binanın dağıntıları altında səs eşidib və bunu xilasedicilərə çatdırıb. Aparılan əməliyyat zamanı ata Salman Aydemir sağ-salamat dağıntılar altından çıxarılıb.
Maraqlana bilərsizr