Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib
İQTİSADİYYATElman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçkirilən iclasında müzakirəyə çıxarılıb.
Məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, sonuncu dəfə Milli Məclis E.Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqləyib.
9 aprel 2015-ci il tarixində isə Prezident bu təyinatla bağlı sərəncam imzalayıb.
Ümumiyyətlə, 68 yaşlı E.Rüstəmov 25 ildir AMB-yə rəhbərlik edir.
Maraqlana bilərsizr