Emin həyat yoldaşından ayrıldı
ŞOU-BİZNESXalq artisti Emin Ağalarov 2-ci həyat yoldaşı, model Alyona Qavrilovadan ayrılıb.
DAİM.AZ xəbər verir ki, bu barədə ifaçı İnstaqram səhifəsində toy fotosunu paylaşaraq məlumat verib:
"Bu həqiqətən də bizim ən xoşbəxt günümüz idi. Təəssüf ki, hər şey planlaşdırdığımız kimi olmadı. Sənə birlikdə yaşadığımız hər gün üçün və bizim gözəl qızımız Afina üçün minnətdaram. Sən inanılmaz dərəcədə xeyirxah, xüsusi bir insansan. Biz birlikdə çox şey keçmişik və mən sənə böyük hörmət və minnətdarlıq hissi duyuram”.
Alyona isə sosial şəbəkədə “Özümə gəlmək üçün mənə vaxt verin. Mənə çox ağrılı və çətindir” deyə, qeyd edib.
Maraqlana bilərsizr