© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Ərdoğan: "Ermənistan öhdəliklərini yerinə yetirməlidir"

“Can Azərbaycan Vətən müharibəsindən sonra 30 illik işğala son verdi. Beləliklə, sülhə bir addım da yaxınlaşdıq”.

Reyting.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilən X Zirvə Görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir: “Regional kommunikasiyaların açılması bütün regionun xeyrinədir. Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirəcəyik”.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR