© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Ərdoğan: "Husilər ABŞ və İngiltərəyə çox uğurlu cavablar verir"

Türkiyə prezidenti Ərdoğan ABŞ və İngiltərənin Yəməndəki husi hədəflərinə qarşı hücumlar barədə sualları cavablandırıb.

Reyting.az 
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan ABŞ və İngiltərəni Qırmızı dənizi qan gölünə çevirməyə can atmaqda ittiham edib.

Onun sözlərinə görə, bu hücum mütənasib deyil, qeyri-mütənasib güc tətbiqidir: "Bütün bu hərəkətlər qeyri-proporsional güc tətbiqidir. Qeyri-mütənasib gücdən İsrail Fələstinə qarşı eyni şəkildə istifadə edir. İngiltərə artıq Amerika ilə birlikdə bu prosesdə addımlar atıb və atmaqda davam edir. Onlar Qırmızı dənizi qan gölünə çevirmək həvəsindədirlər.

Yəməndəki husilər bütün qüvvələrini işə salaraq, bölgədə istər Amerika, istərsə də İngiltərəyə lazımi cavabı verəcəyini bildirir. Onlar da qeyd edirlər ki, bu məsələdə zərrə qədər də arxayınlığa yer yoxdur. Hazırda müxtəlif kanallardan fərqli xəbərlər alırıq. Eşidirik ki, husilər çox uğurlu müdafiələr edib və eyni zamanda, həm Amerika, həm də İngiltərəyə qarşı uğurla cavab veriblər...".

E.ARAZ
Reyting.az

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR