Ərdoğanın Almaniyaya səfərinin məqsədi bəllidir
GÜNDƏMTürkiyə prezidenti Ərdoğanın bu gün Almaniyaya kritik səfərindən əvvəl ABŞ mətbuatında mübahisəli bir iddia irəli sürülüb.
Reyting.az “Bloomberg”ə istinadla bildirir ki, Türkiyə Avropadan 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi almaq istəsə də, Almaniya kansleri Olaf Şolts buna mane olmaq istəyir.
Təyyarə ilə bağlı müzakirənin prezident Rəcəb Tayyib Ərdoğanın bu gün Almaniyaya kritik səfəri öncəsi gündəmə gətirilməsi təsadüfi qiymətləndirilmir. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər dünən axşam verdiyi açıqlamada bildirib ki, 40 ədəd “Eurofighter Typhoon” təyyarəsi almağı planlaşdırırlar. Hətta bu məqsədlə İngiltərə və İspaniya tərəfi ilə görüş də olub.
“Eurofighter Typhoon” almaq istəyirik. Çox təsirli bir təyyarədir. Bu təyyarələr İngiltərə, Almaniya və İspaniya ilə bağlıdır. Həm İngiltərə, həm də İspaniya “hə” deyir və Almaniyanı razı salmağa çalışırlar”, - deyə nazir Gülər əlavə edib.
Digər tərəfdən, Ərdoğanın səfəri İsrailə qarşı HƏMAS-a dəstək bəyanatları səbəbindən münasibətlərin gərginləşdiyi bir vaxtda reallaşır. “Röyter” xəbər agentliyi bildirib ki, Ərdoğan 2020-ci ildən bəri ilk dəfə Almaniyaya gedəcək. Qeyd olunur ki, Ərdoğan “Eurofighter” döyüş təyyarəsi almaq üçün Almaniya kansleri Olaf Şoltsa baş çəkəcək. Agentlik yazıb ki, döyüş təyyarələrinin alınması məsələsində Şolstun təsdiqinə ehtiyac var.
“Bloomberg”in iddiasına görə, Almaniya kansleri Türkiyənin təyyarə almaq planına mane olacaq. Əlavə edilib ki, NATO üzvləri Türkiyənin hazırkı ittifaqları ilə bağlı narahatdır.
Alman rəsmilərinə əsaslanan xəbərlərdə, Şoltsun ikitərəfli münasibətlərdə bir sıra gərginliklər səbəbi ilə Türkiyəyə döyüş təyyarələri satışının tərəfdarı olmadığı, Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemləri alması və İsveçin Avropa İttifaqına üzvlüyünə mane olduğu qeyd edilib.
Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit ötən gün deyib ki, Ərdoğanın İsraili “terror dövləti” adlandırması fonunda onun səfəri çətin bir tərəfdaşın səfəri olacaq və bir çox məsələlər müzakirə ediləcək.
E. KAMAL
Maraqlana bilərsizr