© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

"Erməniləri ona görə terrorçu adlandırıram ki, öz imzaladıqları müqavilələrə əməl etmirlər"

İsrailli beynəlxalq əlaqələr üzrə mütəxəssis Mixail Finkel Ermənistanın Azərbaycan sərhəddində yaratdığı gərginliklə bağlı danışıb.

- Cənab  Finkel, necə  düşünürsünüz, Ermənistanın Azərbaycanla atəşkəsi pozması və bölgədə təxribat törətməsi nə ilə əlaqədardır? 

-  Mən  əvvəllər də Azərbaycan mətbuatına verdiyim bütün şərhlərdə demişdim ki, baxmayaraq ki, sizin prezident bunu çox istəyir, Ermənistan sülh müqaviləsi imzalamağı planlaşdırmır. Vaxtilə  cənab İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyini tam hüquqlu sülh müqaviləsi imzalamağa çağırıb. Lakin onlar həmişə bundan imtina ediblər. Mən açıq deyirəm  ki, Ermənistanın mentaliteti Almaniyanın birinci dünya müharibəsini uduzduqdan sonra geri dönən mentalitetidir. Onlar itirdiklərini geri almaq istəyirlər. Xəyal etdikləri yeganə şey “müharibəyə yenidən başlayaqmı?” düşüncəsidir.  Bunun arxasında Rusiyanın dayandığına, açığı, heç  Qərbin dayandığına inanmıram. Amma ona inanıram ki, bunun arxasında  ultra milliyyətçi erməni diasporunun töküntüsü olan Arminius rəhbərliyi dayanır. Onlar müharibəni yenidən başlamaq və itirdikləri ərazinin heç olmasa bir hissəsini geri almaq istəyirlər. Onlar bunu bacaracaqlarını düşünür, revanşı  digər yaşayış məntəqələrində aparmaq və digər ölkələri də bu münaqişəyə cəlb etməyə çalışırlar. Bununla da onlar bir il əvvəl  itirdiklərindən daha çox ərazi itirəcəklər və bu tip düşüncə ilə yaşamaq onlara heç vaxt uğur gətirməyəcək.

- Paşinyan bu kimi revanşist cəhdlərlə sizcə Qərbin, yoxsa Rusiyanın dəstəyini qazanmağa çalışır? 

- Paşinyan öz ölkəsində vətən xaini sayılır. O, zəif lider, öz ölkəsi üçün  layiqli heç nə edə bilməyən, Qarabağı itirmiş və müharibəni uduzmuş rəhbər sayılır.  Bəlkə həqiqətən də güc göstərməyə çalışır. Paşinyanın qazanmaq istədiyi ən önəmli  dəstək öz vətəndaşlarının dəstəyidir.

- Atəşkəsin pozulması və hər iki tərəfin itkilər verməsi ilə bağlı sizin gəldiyiniz qənaət necədir  və  bu hadisələrin sonu sizcə necə cərəyan edəcək ? 

- Düşünürəm ki,  erməni tərəfi əsl terrorçular kimi atəş açmağa davam edəcəklər. Ona görə terrorçu adlandırıram ki, öz imzaladıqları müqavilələrə əməl etmirlər və  hədəfləri  arasında  sivil insanlar da olur. Məncə  onların sizə qarşı olan düşmənçilikləri qiyamətə kimi davam edəcək və sizin zamanla qurbanlarınız olacaq. Müdafiənizi təkmilləşdirməlisiniz, amma mən inanmıram ki, tam miqyaslı müharibə üçün Ermənistənin maddi və mənəvi gücü olsun.

Rusiyaya gəldikdə isə, müharibənin başa çatması ilə razılaşıb və sadəcə bu gərginliklərdən sonra bəzi əlavə qeyd-şərtləri ola bilər. Məncə müharibə bitib və prezidentlər də, bu barədə dəfələrlə danışıb, mətbuata açıqlama veriblər. Ona görə də Ermənistanın yenidən müharibəni alovlandıra  biləcəyinə inanmıram.

 Moderator.az

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR