© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Ermənilərin raket zərbələri nəticəsində bir neçə mülki obyekt dağılıb

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Bu barədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, bu gün Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Bərdə şəhərində bir neçə mülki obyekt dağılıb, avtomobillər yararsız vəziyyətə düşüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR