Ermənistan hərbi vəziyyət rejimi və səfərbərlik elan edib
GÜNDƏMErmənistan hökuməti ölkə üzrə hərbi vəziyyət rejimi və ümumi səfərbərlik elan edib.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Sentyabrın 27-də Ermənistan hökumətinin iclası keçirilib. İclasda yaranmış vəziyyət müzakirə olunub. Paşinyan ölkə üzrə hərbi vəziyyət rejiminin tətbiqi və ümumi hərbi səfərbərlik elan olunduğunu vurğulayıb.
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim də "hərbi vəziyyət rejimi" tətbiq edib və 18 yaşdan yuxarı əhalini hərbi səfərbərliyə çağırıb.
Qarabağda erməni sakinlər arasında vahimə yaranıb. Məktəblər qeyri-müəyyən müddətədək bağlanıb. Separatçıların başçısı erməniləri sakitləşdirməyə çalışan bəyanatla çıxış edib.
Maraqlana bilərsizr