© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Evdə qalanda vaxtınızı səmərəli keçirmək üçün - 7 məsləhət

Son zamanlar dünyanı cənginə alan koronavirus səbəbindən əksər ölkələrdə fövqəladə vəziyyət və karantin elan olunub, insanlara küçələrə çıxmamaq tapşırılıb. Ancaq evdə keçirəcəyiniz boş vaxtı da səmərəli dəyərləndirmək mümkündür.

DAİM.AZ bir neçə məsləhəti təqdim edir:

Kitablar

Əlavə bilik əldə etmək, dünyagörüşünü artırmaq, asudə vaxtınızı dəyərləndirmək üçün mütaliə ən yaxşı vasitələrdən biridir. Xüsusilə evdə qaldığınız müddətdə fantastik ədəbiyyata üstünlük verə bilərsiniz. Ümumiyyətlə isə, istənilən kitabı oxumaq sizin xeyrinizədir.

İdman

Fitnes-klublar, idman zalları bağlansa da, bu o demək deyil ki, passiv həyat tərzinə keçməlisiniz. Sağlam həyat tərzini ev şəraitində də davam etdirmək mümkündür. Vitaminli qidaların qəbuluna, yağlı, şirin və duzlu təamlardan imtinaya xüsusi fikir vermək lazımdır. Bunun üçün “Youtube” kanalından istənilən sayda video-dərsləri izləmək mümkündür.

Film və serial izləmək

Bura həm tarixi, həm romantik, həm də avtobioqrafik ekran əsərləri daxil ola bilər. Müxtəlif mükafatlara layiq görülmüş maraqlı filmləri izləmək üçün əla fürsətdir.

Öyrənmə

Müxtəlif internet resurslarından istifadə edərək master-klaslardan, kurslardan yararlana bilərsiniz. Bura uşaq psixologiyasından tutmuş yemək reseptlərinədək hər şey daxildir.

Yaradıcılıq

Uzun müddətdir rəssamlığa həvəsiniz olub, ancaq rəsm çəkməyə vaxt tapmamısınız? Elə isə əsl vaxtıdır. Bunun üçün köməyə yenə də “Youtube” kanalı çatır. Rəssamlıqla yanaşı, toxuculuq, dizaynerliklə bağlı faydalı məlumatları öyrənə bilərsiniz.

Ailə ilə vaxt keçirmək

Karantin müddətində ailə üzvlərinizlə də bol-bol vaxt keçirə bilərsiniz. Stol oyunları oynamaq, söhbət etmək, film izləmək, birlikdə mütaliə etmək sevimli məşğuliyyətinizə çevrilə bilər.

Yoqa

Ruhən dincəlməyiniz üçün motivasiyaedici məşğuliyyət növü də seçə bilərsiniz. Məsələn, yoqa kimi. Həm ruhən dincəlməyiniz, həm də vaxtınızı səmərəli keçirməyiniz üçün yoqadan istifadə edə bilərsiniz.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR