FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
GÜNDƏMFövqəladə Hallar Nazirliyində (FHN) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin kollektivi Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Tədbirdə nazir Kəmaləddin Heydərov, Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və FHN-in əməkdaşları iştirak ediblər.
Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin həyat yolundan, Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb. Nazir qeyd edib ki, böyük şəxsiyyət və əvəzedilməz insan Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı istər respubilkada, istərsə də ölkədən kənarda keçirilən tədbirlər dünya azərbaycanlılarının rəhbərinə dərin və sonsuz məhəbbət hissi bəslədiklərini təcəssüm etdirir.
O vurğulayıb ki, Azərbaycanın hərtərəfli, müstəqil və davamlı inkişafı məqsədini daşıyan Heydər Əliyev siyasi kursunu bu gün Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir:
"Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil, qalib Azərbaycan bütün sahələrdə əldə etdiyi uğurları ilə dünyanın diqqətindədir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 2020-ci ildə cəmi 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ildə Qarabağda keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən möhtəşəm bərpa-quruculuq işləri bütün dünyanı heyran qoyub."
"Bu gün həm də Heydər Əliyev Fondunun 20 illik yubileyidir. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu özünün 20 illik fəaliyyəti dövründə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, sosial və digər sahələrdə, xalqımızın mənəvi irsinin qorunması və təbliği, ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması və digər istiqamətlərdə böyük işlər görüb. Fondun vətəndaşların hər bir müraciətinə həssas yanaşması insanlara yüksək səviyyəli diqqət və qayğının bariz nümunəsi kimi cəmiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanır. Həyata keçirilən layihələrin hamısı müstəqil Azərbaycanın inkişafına mühüm töhfələr verməklə yanaşı, xalqa və dövlətə xidmət prinsipinə söykənir", - nazir bildirib.
Maraqlana bilərsizr