© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Finlandiya parlamentinin önündə etiraz aksiyası keçirildi

İyulun 19-da Finlandiyanın Helsinki şəhərində ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın növbəti hərbi təxribatlar törətməsi və Azərbaycana qarşı işğalçı, təcavüzkar siyasət aparmasına etiraz əlaməti olaraq silsilə aksiyalar keçirilib.

DAİM.AZ-ın məlumatına görə, Azərbaycan-Türk gənclər təşkilatının rəhbəri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə Finlandiya parlamentinin önündə baş tutan aksiya Azərbaycanın dövlət himninin səsləndirilməsi və Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Aksiya iştirakçıları Azərbaycan, Türkiyə və Finlandiyanın dövlət bayraqlarını, şəhidlərimizin şəkillərini, "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Qarabağ Azərbaycandır"!, “Erməni işğalçıları, Qarabağı tərk edin!", "Yaşasın Azərbaycan!" şüarlarının yazıldığı plakatları nümayiş etdiriblər. Aksiyada çıxış edən Ülviyyə Cabbarova və Londondan aksiyaya qatılan qonaqlar dünya azərbaycanlılarının Ermənistanın hərbi təxribatlarından hiddətləndiklərini ifadə ediblər. Aksiyada uzun illərdir müstəqil Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətin aparılmasına dünya birliyinin səssiz qalmasının və göz yummasının qəbuledilməz olduğu bildirilib. Natiqlər beynəlxalq təşkilatlardan və dünya birliyindən Azərbaycanın işğal olunmuş əzəli torpaqları olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun dərhal və qeyd-şərtsiz azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün işğalçı Ermənistanın cəzalandırılmasını tələb ediblər.

Aksiya Finlandiya parlamentinə ünvanlanmış bəyanatın oxunması ilə yekunlaşıb.

Daha sonra aksiya iştirakçıları Finlandiya parlamentinin önündən və mərkəzi Esplanaadi parkından keçməklə məşhur Tuomio kilsəsinə qədər yürüş ediblər. Yürüş zamanı soydaşlarımız Azərbaycan, fin və ingilis dillərində şüarlar səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstəklərini bir daha ifadə ediblər.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR