© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Əfqanıstanda daha bir terror aktı - 5 ölü, 19 yaralı

Əfqanıstanın şərqindəki Paktiya əyalətinin paytaxtı Qardez şəhərində güclü partlayış törədilib.

DAİM.AZ “Qafqazinfo” yə istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, partlayış bomba yüklü bir avtomobil vasitəsilə hərbi məhkəmə binasının yaxınlığında baş verib. Hadisə nəticəsində 5 mülki şəxs həlak olub, 19 nəfər xəsarət alıb. Yaralananlardan 14-ü mülki şəxs, 5-i isə hərbçidir.

 

Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

 

Qeyd edək ki, bu, Əfqanıstanda son 3 gündə baş verən 3-cü terror aktıdır.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR