Füzuli rayonu İcra Hakimiyyətinin başçısı Alı Alıyev barama saxlanılan məntəqələrdə olub - Foto
GÜNDƏMKoronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri ardıcıl və sistemli şəkildə davam etdirilir.
DAİM.AZ “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla yanaşı aqrar rayon olan Füzulidə kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır. Rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Füzuli rayonu ərazisinin böyük bir hissəsi işğal altında olmasına baxmayaraq 10 ildir ki, respublikada 100 min tondan artıq taxıl istehsal edən rayonlardan biridir.
Rayonda kənd təsərrüfatının digər sahələrindən olan şəkər çuğunduru, pambıq əkini başa çatdırılıb, bostan-tərəvəz məhsullarının əkini isə davam edir. İpəkqurdu bəsləyərək qısa müddətdə yüksək gəlir əldə edən Füzulili kümçülər bu il 1250 qutu ipəkqurdu toxumu götürüblər. Rayonun müxtəlif yaşayış məntəqələrində ipəkqurdu bəslənilməsinə ümumilikdə 6 min nəfərə yaxın məcburi köçkün cəlb olunub.
Bu məqsədlə Rayon İcra Hakimiyyətinin başçısı AlıAlıyev rayonun Böyük Bəhmənli, Araz Yağlıvənd, Mahmudlu-1, Kürdmahmudlu, Alıxanlı kəndlərində və digər yaşayış məntəqələrində olub, kümçülərə öz tapşırıq və tövsiyələrini verib.
Təkcə 2019-cu ildə ipəkqurdu saxlayan füzulili kümçülər 450 min manata yaxın vəsait əldə ediblər. İstehsal olunan məhsulun pulu kümçülərə plastik kartlar vasitəsilə ödənilib. Füzulili kümçülər cari ildə isə 50 tondan artıq yaş barama istehsal edərək bir aya yaxın müddətdə 600 min manata yaxın pul qazanmağı qarşılarına məqsəd qoyublar.
Rayon ərazisində barama qəbulu məntəqəsinin tikintisi də davam edir. Məntəqənin istifadəyə verilməsi ilə Füzulidə bu gəlirli sahə daha da inkişaf edəcək, kümçülər istehsal etdikləri yaş baramanı heç bir əziyyət çəkmədən və vaxt itirmədən həmin məntəqəyə təhvil verəcəklər.
Maraqlana bilərsizr