© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Füzulidə mülki şəxslər minaya düşdü

Füzulidə üç mülki şəxs minaya düşüb.

Bununla bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi məlumat yayıb. 

Bildirilib ki, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində üç mülki şəxs kənar yoldan istifadə edərək, işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb, onlardan biri hadisə yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bu gün saat 17 radələrində vətəndaşlar 1981-ci il təvəllüdlü Bəhruz İmanov, 1992-ci təvəllüdlü Azad Muxtarov və 1984-cü il təvəllüdlü Rafis Məmişov “QAZ 53” markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində B.İmanov həlak olub, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR