Goranboyda güclu külək ağacları aşırdı, kəndlər işıqsız qaldı - VİDEO
GÜNDƏMGüclü külək Goranboyda bir sıra fəsadlar törədib.
DAİM.AZ Baku TV-yə istinadən xəbər verir ki, dünən günün ikinci yarısından şiddətlənən külək iri gövdəli ağacı Məmməd Məhərrəmov küçəsi, 14 ünvanında yerləşən və qəzalı vəziyyətdə olan ikimərtəbəli binanın üzərinə aşırıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin binanın ikinci mərtəbəsində sakinlərədən birinə məxsus olan mənzilin eyvanına ciddi ziyan dəyib.
Bununla yanaşı, elektrik və telefon xətləri sıradan çıxıb.
Gecə saatlarında isə külək nəhəng qovaq ağacını aşırıb. Nəticədə, rayonun elektrik təsərrüfatına ziyan dəyib. Boluslu və bir neçə digər kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Bundan əlavə, iri ağaclar sınaraq, Goranboy-Naftalan yolunun Balakürd kəndindən keçən hissəsinə düşüb. Aidiyyəti qurumlar əraziyə cəlb olunaraq, yolu bağlayan ağacları və budaqları təmizləyib. Avtomobillərin hərəkətində hər hansı çətinlik yaşanmayıb.
Maraqlana bilərsizr