Güney Azərbaycan Milli Hərəkatı adından bəyanat
Güney AzərbaycanGüney Azərbaycan Milli Hərəkatı olaraq, torpaqlarımıza göz dikən yayılmacı qruplar, terror şəbəkələri və xüsusən də Sulduzda xalqımıza qarşı soyqırım cəhdi göstərən cinayətkar qruplarla iş birliyi edən şəxsləri, habelə İran faşist rejiminin saxta seçkilərinə dəstək verən bütün qrupları və əxlaqsızlıqları qətiyyətlə qınayır və rədd edirik.
Bütün baş verənləri və xalqımızın israrlı istəklərini nəzərə alaraq, illərdir Milli Hərəkatımıza qarşı yürüdülən etibarsızlaşdırma cəhdlərini göz önündə saxlayaraq, GAMOH olaraq əsas prinsiplərimizə və dəyərlərimizə sahib çıxmaq əzmindəyik. Bu addımı tarixi əhəmiyyətli və milli məsuliyyət olaraq dəyərləndiririk.
Güney Azərbaycan Milli Hərəkatı olaraq, insan hüquqları, qadın hüquqları, ifadə azadlığı və fundamental azadlıqlar mövzusunda olan hər cür pozuntuları qətiyyətlə qınayırıq. Hərəkatımız, hər bir fərdin ləyaqət, azadlıq və bərabərliyinə sadiqliyini təsdiq edir və bu dəyərləri pozan hər hansı hərəkəti qəbul edilməz hesab edir.
Son dövrdə ortaya çıxan sənədlər və məlumatlar fonunda, özünü saxta şəkildə Milli Hərəkat aktivisti kimi təqdim edən və Kanada məhkəməsi tərəfindən cinsi istismar ittihamı ilə mühakimə edilərək cəzalandırılan şəxsin Milli Hərəkat sıralarına sızmasına icazə verilməməsini və qınanmasını tələb edirik. Bu cür rəzil davranışlar, hərəkatımızın müdafiə etdiyi prinsiplərə və azadlıq uğrunda çalışan hər kəsə qarşı bir təhqirdir.
Bu cinayət xarakterli hərəkətlər, Güney Azərbaycan Milli Hərəkatının etibarlılığına və əsas dəyərlərinə zərbə vurur və İran rejiminə hərəkatımızı nüfuzdan salmaq üçün bir fürsət yaradır. Qadın hüquqlarının pozulmasına susqun qalmaq isə həm hərəkatımıza, həm də hüquq və ədalət yolunda çalışan nəcib insanlara zərər verər. Bütün azadlıq tərəfdarlarını və təşkilatları hərəkatımızın dəyərlərinə xəyanət edən hər kəsdən uzaq durmağa çağırırıq.
Birlikdə, insan hüquqları, ədalət və milli dəyərlərə olan bağlılığımızı bir daha təsdiq edir və azadlıq və bərabərlik uğrunda mübarizəmizi qətiyyətlə davam etdirəcəyimizi bəyan edirik.
Güney Azərbaycan Milli Uyanış Hərəkatı (GAMOH)
Vətəndaş Cəmiyyəti İnstitutları
Maraqlana bilərsizr