© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI İŞBİRLİYİ MƏRKƏZİNİN MİLLƏTİMİZƏ BAŞSAĞLIĞI VƏ DƏSTƏK BƏYANATI

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında öz dəstəkçilərinin məkrli planlarına uyan Ermənistan terrorist hakimiyyəti Azərbaycana qarşı növbəti irimiqyaslı təxribat törədib. İşğalçı Ermənistanın silahlı terrorist ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərini atəşə tutublar. Bu təxribatın qarşısı alınarkən Azərbaycan Ordusu itkilər verib və əlli hərbiçimiz şəhid olub.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi Ali Baş komandan cənab İlham Əliyev başda olmaqla Milli Ordumuza, Vətənimiz Azərbaycan uğrunda şəhid olan qəhrəman hərbiçilərimizin ailələrinə və Millətimizə dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyir.
Biz Güney Azərbaycan Təşkilarları olaraq Azərbaycan dövlətçiliyinin, onun ərazi bütövlüyünün və müzəffər Azərbaycan ordusunun yanındayıq. Düşmənlərimiz bilsinlər ki, dünyada və Güney Azərbaycanda yaşayan milyonlarla igid Azərbaycan türkü Vətənimiz Azərbaycan uğrunda canlarından keçməyə, düşməndən şəhidilərimizin qisasını almağa və Ermənistana bu təcavüzün bədəlini ən ağır şəkildə ödətməyə hazırdırlar.

 

  1. Azadlıq Cəbhəsi (GAMAC)
  2. Azərbaycan Mərkəz Partiyası (AMP)
  3. Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
  4. Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
  5. Güney Azərbaycan Demokrat Partiyası (GADP)
  6. Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
  7. Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
  8. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR