© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Güney Azərbaycan təşkilatları Şuşa Zəfəri ilə bağlı bəyanat verib

“8 Noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı xəbərin yayılması Azərbaycanın haqq savaşında Ermənistan və onun himayədarları üzərində Milli Zəfərindən xəbər verdi. 44 günlük Vətən savaşında Cabrayıl, Füzuli, Zəngilan, Qubadlı kimi böyük mərkəzlərlə birlikdə 300-dən çox yerləşim bölgəsi düşmən tapdağından azad olundu”.

Güney Azərbaycan qurumlarının əməkdaşlıq qurulunun Şuşanın azadlığının 1-ci ildönümü ilə bağlı bildirişində qeyd olunur.

Əməkdaşlıq qurulunun bildirişində daha sonra yazılır:

“Qəhrəman Azərbaycan Ordusunun Zəfəri Şuşa zirvəsində dayanarkən Güney Qafqazın geopolitik durumu da dəyişdi. Dövlət və millətimizin ruh yüksəlişi bölgənin bundan sonrakı bütün siyasi gedişatını etgiləyici müstəviyə qaldırdı.

Şuşanın qurtuluşu ilə Azərbaycan xalqı və dövləti 200 illik ulusal zəfər həsrətinə son qoydu.

Şuşanın qurtuluşu ilə ulusal bayrağımızın dalğalanma alanı yalnız Vətən sınırlarında deyil, bütün dünya üzərində genişləndi. Dünyanın bir çox böyük mərkəzlərində 100 minlərlə soydaşımız əllərində dövlət bayrağı, dillərində dövlət himni meydanlara çıxdı. Coşqulu ayaqlanma, alnı açıq millət görüntüsü 50 milyonluq Azərbaycan türk millətinin diaspora gücünü artırdı”.

Bildirişdə qeyd olunur ki, Türkiyənin Azərbaycana qardaş dəstəyi, 44 günlük Vətən savaşında da Türk varlığının necə dərin soyköklü olduğunu göstərib:

“Şuşanın azad olmasıyla 300 milyonluq Türk dünyası dərindən sevindi. Azərbaycanın Zəfərini qəbul etmək istəməyən Tehran rejimi isə, bütün imkanlarını Ermənistan üçün səfərbər edərkən çirkin anti-türk siyasətini aşkara çıxardı. Belə ki, coxsaylı qeyri-fars millətlər Qarabağın azadlığından sevinərkən fundamental farsçı rejim yas içində boğuldu. Rejim, öncə silah-sursat dolu kamyonları ilə, sonra isə Azərbaycan Cümhuriyyəti sınırlarında qoşun toplamaqla Azərbaycana düşmənçiliyini dünyaya göstərdi.

İran rejiminindən fərqli olaraq, Azərbaycanın güneyində Milli Zəfər küləyi əsirdi: “Biz Azərbaycan tərəfində deyilik, Azərbaycanın özüyük! Ya Qarabağ, ya ölüm! Qarabağ bizimdir, bizim olacaq!”,- şürları və plakatlar farsçı mollalar, habelə irançı müxaliflər üçün ölümcül zərbə oldu. Azərbaycan Milli Hərəkatı, Quzey Vətəni üçün yüzlərcə tutuqlu verərək “Bir Vətən, bir Azərbaycan” varlığını ortaya qoydu. Şuşa Zəfəri, Qarabağın azadlığı böyük sevinclə qarşılandı”.

Güney Azərbaycan qurumlarının əməkdaşlıq qurulu bəyan edir ki, Azərbaycanın Zəfəri regionda yeni reallıqlar yardıb və İran irticası bundan sonra “at oynada” bilməyəcək: “Türkiyə, Azərbaycan və Güney Azərbaycan faktoru Tehran rejiminin hər gün zəifləməsinə yol açacaqdır. Türk faktoru bütün bölgənin geopolitikasını dəyişəcəkdir. Zəngəzur dəhlizinin açılması ilə Türk dünyasının olaşım sistemi bölgənin yenidən qurulmasına səbəb olacaqdır.

8 Noyabr 2020-ci il Zəfəri, eyni zamanda minlərlə qəhrəman əsgərimizin qanlarının qarşılığıdır. Bu tarix başda şəhidlərimizin uca ruhuna, minlərcə qazilərimizə, böyük Türk milltinə, Azərbaycanın Müzəffər Ordusuna həsr olumuş gündür.

Rejimin basqısına baxmayaraq, Güneyimizdə millətimizin Qarabağ Zəfəri ilə bağlı çoşqusu hökm sürür. Alınan bilgilərə görə, noyabr ayının 8-nə özəl ildönümü hazırlıqlarına başlanılıb. Anım Günündə Güneyin bütün yerləşim bölgələrində Zəfər bayramı qeyd olunacaq.

Biz, Güney Azərbaycan qurumlarının əməkdaşlıq qurulu olaraq kültür başkəndimiz Şuşanın azad olması münasibəti ilə başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla böyük Türk millətini və Azərbaycan xalqını təbrik edir, şəhidlərimizin ulu ruhları qarşısında baş əyirik. Yaşasın (Quzey) Azərbaycan Cümhuriyyəti! Yaşasın (Güney) Azərbaycan Milli Hərəkatı!”

 

Güney Azərbaycan Qurumlarının Əməkdaşlıq Qurulu (Əməkdaşlıq Qurulu) adından:

1. Azadlıq Cəbhəsi (GAMAC)

2. Azərbaycan Mərkəz Partiyası (AMP)

3. Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)

4. Azərbaycan Öyənci Hərəkatı (AZOH)

5. Güney Azərbaycan Demokrat Partiyası (GADP)

6. Güney Azərbaycan İstiqlal Partiyası(GAİP)

7. Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)

8. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)

9. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB).

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR