Gürcüstan fövqəladə vəziyyət rejimini uzatmayacaq
DÜNYA“Sputnik Gürcüstan” xəbər verir ki, bunu ölkənin Baş naziri Georgi Qaxaria deyib.
“Hökumət ölkədəki epidemioloji vəziyyəti hərtərəfli təhlil etdikdən sonra fövqəladə rejimi uzatmaqla bağlı prezidentə və parlamentə müraciət etməmək qərarına gəlib”, - hökumət başçısı bildirib.
Bununla birlikdə, Baş nazir qeyd edib ki, fövqəladə vəziyyətin ləğvi məhdudiyyətlərin tamamilə aradan qaldırılması demək deyil:
“Parlamentə riskləri idarə etməyə imkan verən məhdudiyyətləri qanunvericilik səviyyəsində qoruyub saxlamaq üçün müraciət edəcəyik”.
Qeyd edək ki, Gürcüstanda koronavirusun yayılması təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət martin 21-də elan edilmişdi.
Maraqlana bilərsizr