© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Gürcüstan XİN-dən Ermənistana silah-sursat çatdırılması ilə bağlı izahat tələb olunur

Gürcüstanın müxalif Vahid Milli Birlik Hərəkatı Partiyası ölkənin Xarici İşlər Nazirliyindən (XİN) Azərbaycan mətbuatının yaydığı məlumatla bağlı izahat tələb edib.

DAİM.AZ  xəbər verir ki, partiya üzvü Salome Samadaşvili XİN-i məsələyə münasibət bildirməyə çağırıb.

Deputatın sözlərinə görə, yayılan informasiyalar həqiqətə uyğundursa, o zaman Gürcüstan beynəlxalq öhdəlikləri pozub: “Azərbaycan KİV-lərinin Ermənistana silahların Gürcüstan ərazisi vasitəsilə Ermənistana çatdırılması barədə yaydığı məlumatlar çox narahatedicidir. Gürcüstanın beynəlxalq öhdəliklərinə əsasən, hərbi yük ölkə ərazisi vasitəsilə çatdırıla bilməz. Xarici İşlər Nazirliyini ictimaiyyət qarşısında bu məsələyə aydınlıq gətirməyə çağırırıq”.

S.Samadaşvili qeyd edib ki, əgər Gürcüstan beynəlxalq öhdəliyi pozubsa, o zaman bu, streteji tərəfdaş və müttəfiq olan Azərbaycanla münasibətlərə ciddi xələl gətirəcək.

Azərbaycan mətbuatının yaydığı məlumatlarda iddia olunur ki, bu yaxınlarda Serbiyadan iri partiyada müxtəlif çaplı minaatan mərmilər Ermənistana Gürcüstan ərazisi vasitəsilə çatdırılıb və həmin silah-sursat Tovuz istiqamətindəki toqquşmalarda istifadə olunub.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR