© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı

Türkiyədə baş verən dağıdıcı zəlzələdən ən çox zərər çəkən yerlərdən biri olan Hatayda axtarış-xilasetmə işləri gecə saatlarında da fasiləsiz davam etdirilib.

Dağıntılar altından gələn uşaq səsini eşidən xilasedicilər üç saat ərzində apardıqları işin nəticəsində 51 saatdan çox dağıntılar altında qalan 5 yaşlı qız uşağını xilas ediblər.

Azyaşlı təcili tibbi yardımla xəstəxanaya aparılıb.

 

 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR