HƏMAS liderinin evi bombalanıb
DÜNYAHƏMAS lideri İsmayıl Haniyənin Qəzzadakı evinin bombalandığı açıqlanıb.
Reyting.az-ın xəbərinə görə, HƏMAS-ın media orqanı Məscidül-Əqsa Radiosu bildirib ki, İsrail PUA-ları (silahlı pilotsuz uçuş aparatı) İsmayıl Haniyənin evini vurub.
Açıqlamada Haniyənin həmin vaxt evdə olmadığı vurğulanıb.
2019-cu ildən Türkiyə və Qətərdə yaşayan Haniyənin ailə üzvlərinin hücum zamanı evdə olub-olmaması ilə bağlı açıqlama verilməyib.
Maraqlana bilərsizr