Hikmət Hacıyev: “Biz yeni regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirik”
GÜNDƏMSülh və regional təhlükəsizlik Brüsseldə, Parisdə, Vaşinqtonda və ya hansısa başqa yerdə deyil, regiondadır.
Reyting.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
“Biz ədalətə, bir-birinin ərazi bütövlü və suverenliyini tanımağa, bütün ərazi iddialarına son verməyə əsaslanan yeni regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirik”, - Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi vurğulayıb ki, Avropa parlamentinin bəzi üzvləri Azərbaycana qarşı Azərbaycanafobiya və ya islamafobiyaya malikdir.(APA)
Maraqlana bilərsizr