Hikmət Hacıyev: Bölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəmirik
GÜNDƏMBölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəmirik.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XI Qlobal Bakı Forumunda “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən panel iclasında deyib.
“Cənubi Qafqazı münaqişələrdən azad etmək üçün səylər göstərməkdəyik. Postsovet məkanında bir sıra münaqişələrin alovlanmasına şahidlik etmişik. Biz Qarabağı azad etməklə Cənubi Qafqazda stabilliyi bərqərar etmiş oluruq. Çalışırıq ki, bölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəməyək”,- H.Hacıyev əlavə edib.
Maraqlana bilərsizr