İcra hakimiyyətindən Biləcəri sakinlərinin etirazına cavab: “Tədbirlər görüləcək”
GÜNDƏMXəbər verdiyimiz kimi, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri qəsəbədə yaranmış gigiyenik problemlərlə üz-üzədir.
Oxu.Az xəbər verir ki, əraziyə axıdılan kanalizasiya və çirkab suları yaşayış zonasının yaxınlığından keçdiyi üçün sakinləri ciddi narahat edir. Sakinlər məsələ ilə bağlı bir neçə dəfə müvafiq qurumlara, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edildiyini desələr də, heç bir tədbir görülmədiyini qeyd ediblər.
Mövzu ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı tədbirlər görüləcək:
“Kanalizasiya xətlərinin çəkilməsi və çirkab sularının qarşısının alınması məqsədilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində yaşayan sakinlərin RİH-ə ünvanladığı şikayətə əsasən, tərəfimizdən “Azərsu” ASC qarşısında məsələ qaldırılıb. Aidiyyəti qurum tərəfindən isə müraciətimizə müvafiq cavab ünvanlanıb. Cavabda qeyd olunub ki,“Azərsu” ASC-i ərazidəki açıq kanalların bəzilərini borular vastisəli örtüb.
Lakin hələ də ərazidə açıq kanallar qalmaqdadır. Bu istiqamətdə görülən tədbirlər mərhələli şəkildə davam etdiriləcəkdir. Həmin ərazidə yeni xətlərin çəkilməsi məqsədilə layihələndirmə işlərinə başlanılıb. Problemin aradan qaldırılması istiqamətində işlərin görüləcəyi bildirilib”.
Maraqlana bilərsizr