“İkinci əl” minik avtomobillərinə görə aksiz dərəcələri artırıldı
İQTİSADİYYATGələn il yanvarın 1-dən mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılır.
Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Məcəlləyə əsasən, hazırda minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri aşağıdakı kimidir:
Minik avtomobilləri:
- mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda
Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,30 manat
- mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda
600 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat
- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda
5600 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat
- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda
18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat
- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda
53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat
Dəyişikliyə əsasən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə isə fərqli, daha yüksək aksiz dərəcələri tətbiq olunacaq:
- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda
5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat
- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda
20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat
- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda
60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat
Eyni zamanda idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalı tətbiq ediləcək.
Maraqlana bilərsizr